Ananas qabığının faydaları

Mütəxəssislər bütün üzvi meyvələrin qabıqları ilə birlikdə yeyilməsini tövsiyə etsə də, ananas bu qəbildən istisna sayılır. Bəs ananas qabığının sərt quruluşu səbəbindən ondan faydalana bilmərikmi?
Təbii ki, faydalana bilərik, bəlkə qabığı yeyə bilməsək də, amma qabığını istifadə edib şirə hazırlaya bilərik.

1. Xərçəngə qarşı effektivdir.
2. Qan dövranını sürətləndirir. Laxtalanmanın qarşısını alır.
3. Güclü iltihablanmanın qarşısını alır və yaxşı antioksidantdır.
4. Bağırsağın fəaliyyətini gücləndirir. Qəbizliyin qarşısını alır.
5. Əməliyyat nəticəsində əmələ gələn yaraların sağalmasında təsirlidir.
Davamı →

Qara kök

  • Flora
Antioksidant olduğu bilinən tərəvəzin, iltihab əleyhinə, quruducu və temperatur salıcı xüsusiyyəti də ortaya çıxdı. Elm adamları, qara kökün, sağlam olmayan qidalanma modelləri nəticəsində ortaya çıxan sağlamlıq problemlərinə qarşı təsirli olduğunu bildirir.

Avstraliyada Kvinslend Universitetində həyata keçirilən araşdırmada, içində olan antosiyanin adlı bənövşəyi piqmentlər sayəsində olduqca təsirli bir antioksidant funksiyası olan qara kökün, bundan əlavə, əhəmiyyətli bir iltihab əleyhinə, temperatur salıcı (anti inflamatuar) xüsusiyyəti olduğunu da müşahidə etdi.

Araşdırmalar, siçanlar üzərində həyata keçirildi, heyvanlara yağ və karbohidratlar baxımından zəngin bir diyeta tətbiq edildi.
Davamı →

Berqamot

  • Flora
Bu meyvənin adı berqamotdur. Berqamot sitrus meyvələrinə aiddir. Lakin digər sitrus meyvələri ilə müqayisədə berqamotu acı dada görə çiy halda yemirlər. Bu qeyri-adi meyvə dünyada kulinariya, parfümeriya və kosmetologiyada çox geniş istifadə olunur.

Berqamot yağı çaya əlavə olunur. Belə çay sağlamlıq üçün çox faydalıdır.
Berqamot və berqamot çayı ürək üçün olduqca faydalıdır — damarları genişləndirir, qan dövranını yaxşılaşdırır, qanda «pis» xolesterolun səviyyəsini aşağı salır. Həkimlər bu çayı ürək xəstəlikləri olan insanlara müalicəvi vasitə kimi tövsiyə edirlər.
Davamı →

Kivinin 10 faydası

  • Flora
Kivi kiçik bir meyvə olmasına baxmayaraq, faydaları çoxdur. Əsil vətəni Çindir. Kivinin faydaları ilə tanış olaq:

1. Kivinin təxminən 100 qr-da 98 milliqr. C vitamini vardır. Kivini səhər yeməklərində yemək məsləhət görülür. Bədənə C vitaminini daxil edir və immun sistemini möhkəmləndirir. Yüksək qan təzyiqi, allergiya və zökəmlə mübarizə aparır. C vitamini ən güclü anti-oksidant hesab olunur.

2. Kivi stressi azaldır, sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır.

3. Kivi qəbizliyin dərmanıdır. Kivinin tərkibində çoxlu liflər olduğu üçün bağırsaqların hərəkətini tezləşdirir. Nəticədə qəbizliyi aradan qaldırır.

4. Kivi bədəndə olan artıq mayeni dəf edir. Kivinin çox hissəsi sudan təşkil edildiyinə görə, kalorisi çox azdır. Onu yeyən insan toxluq hiss edir. Nəticədə bu meyvə arıqlamağa şərait yaradır.
Davamı →

Alma çəyirdəyinin faydaları

Alma çəyirdəkləri möcüzəli məhsuldur. Bu kiçik çəyirdəklərin tərkibində bir çox nadir faydalı maddələr var. Bu səbəbdən həkimlər almanı bütov şəkildə qabıqlar (onlar da çox faydalıdır) və çəyirdəkləri ilə birlikdə yeməyi tövsiyə edirlər.

Nəzərə almaq lazımdır ki, gün ərzində 5-6 alma çəyirdəyi yemək olar. Bundan çox olmaz. Məsələ burasındadır ki, onların tərkibinə sianid turşusu daxildir. Sianid turşusu güclü zəhərdir və çoxlu miqdarda orqanizmə daxil olunduqda zəhərlənməyə səbəb ola bilər.
Davamı →

Qara əncir

  • Flora
Qara əncir müalicəvi məhsul sayılır. Onun müalicəvi xüsusiyyətlərini tək xalq təbabəti deyil, ənənəvi təbabətdə də təsdiq edir və yüksək qiymətləndirir.

«Fisin» maddəsi ilə olduqca zəngin olan qara əncir qan damarlarını təmizləyir, onları daha elastik və möhkəm edir. Bu səbəbdən qara əncir aterosklerozun və damarlarda trombların əmələ gəlməsinin əsas profilaktik vasitələrdən biridir.

Qara əncir qanazlığı zamanı çox faydalıdır, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürəyi möhkəmləndirir.

Qara əncir beyinin fəaliyyətinə, beyin damarlarının vəziyyətinə çox müsbət təsir edir. Bronxit, nəfəs yolları iltihabları zamanı qara əncir çox güclü müalicəvi təsir edir — nəfəs yollarını selikdən və mikroblardan təmizləyir, iltihabı azaldır.
Davamı →

Hər gün 1 xurma yemək üçün 7 səbəb

Xurmanın faydaları insanlara qədım zamanlardan məlumdur. Xurma əsl vitamin və minerallar anbarıdır. Zəngin kimyəvi tərkib xurmanı bir çox orqan və sistemlər üçün faydalı edir. Xurmanın faydaları arasında:

1. Kalium, maqnezium və dəmirlə zəngin olan xurma ürək-damar və qan sistemi üçün çox faydalıdır — ürəyi möhkəmləndirir, damarların sağlamlığını qoruyur, aterosklerozun inkişafının qarşısını alır, qanın tərkibini yaxşılaşdırır.

2. Xurma yodla zəngindir. Yod qalxanvari vəzinin normal fəaliyyəti üçün olduqca vacib olan mineraldır. Bu mineralın orqanizmdə çatışmazlığı müxtəlif qalxanvari vəzi xəstəliklərinə səbəb olur.
Davamı →

Avokadonun faydaları

  • Flora
Avokado çoxlarının sevmədiyi meyvələrdəndir. Ancaq onun faydalarını öyrənəndən sonra hər gün avokado almaq istəyəcəksiniz. Belə bir fikrə düşsəniz, bilin ki, həmin meyvəni həm yeməklərinizə qata, həm dadlı salatlar hazırlaya bilərsiniz. Üstəlik, saç və üz dərisi üçün çox faydalı olan avokadonun maskaları da effektli olur.

1. Zehni gücləndirir
Beyni qüvvətləndirmək və zehni gücləndirmk üçün ən yaxşı üsul qidalarımıza fikir verməkdir. Avokado omeqa-3, yağ turşuları, həm də təbii E vitamini ilə zəngindir. Buna görə də, insanda problemləri həlletmə, qərarvermə qabiliyyətini artırır.

2. Xolesterini azaldır
Mütəmadi olaraq bir dilim avokado yemək orqanizminizin gündəlik yağ ehtiyacının 32 faizni ödəyir. Ancaq bu yağlar təhlükəli deyil. Çünki avokado sadəcə, doymamış yağ ehtiva edir. Bu xüsusiyyəti ilə zərərli xolesterinin səviyyəsini aşağı salır. Xolesterin səviyyəsinin aşağı olması isə iflic və infarkt riskinin azalması deməkdir.
Davamı →

Özü qədər yarpağı da faydalıdır

  • Flora
Bahar və yay aylarında sevərək yediyimiz çiyələyin çox faydalı olduğunu bilirik. Lakin zibil yeşiyinə atdığımız yarpağı haqqında məlumatsızıq. Sən demə, çiyələk yarpağı bir çox xəstəliyə faydalıdır. Aile.lent.az çiyələk yarpağının saymaqla bitməyən faydalarını ilə sizi də tanış edir.

— Antioksidan xüsusiyyəti olan çiyələk yarpağı qanı təmizləyir, immunitet sistemini gücləndirir.
— Bağırsaqlara olduqca faydalıdır.
— Qəbizlik, bağırsaq iltihabı, bağırsaq qazları və bağırsaq qurdlarına yaxşı təsir edir.
— Maddələr mübadiləsini sürətləndirir.
— Qaraciyər xəstəliklərinə qarşı qoruma təmin edir.
— Böyrəklərin nizamlı işləməsinə kömək olur.
— Qum və daş tökən xəstələrə tövsiyə edilir.
— Sidik sökdürücü xüsusiyyətiylə bədəndəki şişin atılmasında təsirlidir.
— Qırtlaq xərçənginə qarşı qoruyucu təsiri var.
Davamı →

Şaftalı çəyirdəyi faydalıdır

Bir çox faydası olan şaftalının çəyirdəyinin də sağlamlığa xeyri danılmazdır. Şaftalı çəyirdəyi ilə evdə hazırlaya biləcəyiniz praktik reseptlərlə əksər sağlamlıq problemlərindən xilas ola bilərsiniz.

Faydaları saymaqla bitməyən şaftalı çəyirdəyinin faydalarından ən başlıcası həzmi asanlaşdırıb, qarındakı ağrıları keçirmək və mədənin rahatlamasını təmin etməkdir.
Həmçinin bağırsaq hərəkətlərini tənzimləyib ishalın qarşısını alan şaftalı çəyirdəyi öskürəyi dayandırmaq və ağrı kəsmək üçün də istifadə edilir. Yüz illərdir faydalarından yararlanılan şaftalı çəyirdəyini çeynədikdə diş ağrısını kəsirdi. Şaftalı çəyirdəyinin həzmə təsiri
Davamı →